ABŞ prezidenti Donald Tramp Avropa şirkətlərinin Amerikada məhsul istehsalına başlamadıqları təqdirdə onlara 50 faiz rüsum tətbiq etməyə hazır olduğunu bildirib.
“Bizdən istifadə etmək üçün birləşiblər. Biz buna daha dözməyəcəyik”, - Tramp deyib.
O əlavə edib ki, ABŞ artıq Böyük Britaniya və Çinlə ticarət sazişləri bağlayıb. Onun sözlərinə görə, Avropa İttifaqı ilə razılaşacaq başqa heç nə yoxdur. “Avropa çox uzun müddətdir ki, ABŞ-a qarşı ədalətsiz davranır”, - Tramp deyib.
Musavat.com