Tramp Ağ Evdə Mask ilə mətbuat konfransı keçirəcək

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evin oval kabinetində milyarder İlon Mask ilə birgə mətbuat konfransı keçirəcəyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin sözlərinə görə, tədbir Vaşinqton vaxtı ilə saat 13:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq.

Bir gün əvvəl Mask Amerika administrasiyasındakı müddətinin başa çatmaq üzrə olduğunu deyərək, Trampa əməkdaşlığa görə təşəkkür edib.

“İlon Maskla oval ofisdə mətbuat konfransı keçirəcəyəm. Bu, onun son günü olacaq, amma tam deyil, çünki o, həmişə bizimlə olacaq və bizə kömək edəcək. İlon heyrətamiz insandır! Sabah Ağ Evdə görüşənədək”, - Tramp yazıb.

Musavat.com

 

30.05.2025 10:55
270