Tramp administrasiyasından SƏRT ADDIM – 60 milyardlıq yardım DAYANDIRILIR

Tramp administrasiyası USAID-in xarici yardım üzrə müqavilələrinin 90%-dən çoxunu ləğv edəcək.

Musavat.com xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata əsasən, ABŞ dünya üzrə dövlətlərə ayrılan 60 milyard dollarlıq yardımı da dayandırmağı planlaşdırır.

Bildirilir ki, Ağ Ev 6200 uzunmüddətli müqavilədən 5800-nü, eləcə də Dövlət Departamentinin 9100 qrantından 4100-nü ləğv edəcək.

Musavat.com

27.02.2025 11:17
821