Tramp AÇIQLADI: Rusiya və Ukrayna dərhal danışıqlara başlayacaq

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə iki saat davam edən telefon danışığının ardından bəyanat yayıb.

Musavat.com-un məlumatına görə, Tramp bildirib ki, Moskva ilə aparılan danışıqlar uğurlu keçib və nəticə etibarilə Rusiya və Ukrayna arasında münaqişənin dayandırılması ilə bağlı dərhal danışıqlara başlanacaq:

"Az öncə Vladimir Putinlə iki saat davam edən telefon danışığımız başa çatdı. Düşünürəm ki, bu çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal sülh danışıqlarına başlayacaq", – deyə Tramp vurğulayıb.

Tramp, eyni zamanda, ABŞ-ın bu prosesdə vasitəçilik rolunu davam etdirəcəyini və mümkün razılaşma üçün diplomatik imkanların genişləndirilməsinə çalışacağını qeyd edib.

Toğrul İSMAYIL,
Musavat.com

19.05.2025 22:03
708