Tramp: ABŞ Rusiya ilə işləməlidir, çünki onun böyük və qiymətli torpaqları var


ABŞ Prezidenti Donald Tramp "Breitbart News"*-89a müsahibəsində bildirib ki, Rusiya dünyanın ən böyük quru ərazisinə sahibdir və onun torpaqları çox qiymətlidir.

"Onların bu gün ən böyük quru sahəsi var – Çindən də böyük. Onlarda 11 saat qurşağı var. Siz torpağın bir tərəfindən digər tərəfinə 11 saat qurşağı boyunca uça bilərsiniz. Onların torpaqları çox dəyərlidir", – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, Moskva və Vaşinqton arasında iqtisadi əlaqələrin bərpası Rusiyanın Çinlə münasibətlərini zəiflədə bilər.

Musavat.com

20.03.2025 11:51
305