Tramp ABŞ qoşunlarının bir hissəsini Almaniyadan çıxarmağa hazırlaşır

Prezident Donald Tramp ABŞ qoşunlarının bir hissəsini Almaniyadan çıxararaq Şərqi Avropaya yerləşdirmək barədə düşünür.

Musavat.com xəbər verir ki, məlumatıl The Telegraph yayıb.

Bildirilir ki, Tramp Almaniyadan təxminən 35 min hərbçini çıxarmağı düşünür: “Bu, ABŞ və Avropa arasında münasibətləri daha da pisləşdirəcək”.

Nəşrə görə, qərara səbəb Almaniyanın hərbi xərcləri büdcənin 2 faizinə çatdırmamasıdır: Tramp dəfələrlə bu barədə Avropa ölkələrinə çağırış edib.

Almaniyadan çıxarılacaq qoşunların Macarıstana və hərbi xərclərini büdcəinin 2 faizinə qədər artıran digər Şərqi Avropa ölkələrinə yerləşdirəcəyi qeyd olunur.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz xəbəri təkzib etməyib: “Heç bir konkret açıqlama verilməsə də, ABŞ ordusu maraqlarımıza qarşı mövcud təhdidləri ən yaxşı şəkildə həll etmək üçün həmişə bütün dünyada qüvvələrin yerini necə dəyişdirməyi düşünür”.

Musavat.com

08.03.2025 08:34
344