Erməni politoloq Suren Sərkisyanın fikrincə, Donald Trampın hakimiyyəti dövründə ABŞ-Ermənistan münasibətlərində durğunluq yaşana bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Sərkisyan Bayden dövrü ilə müqayisədə Trampın dövründə münasibətlərdə passivlik olacağını düşünür.
Politoloq qeyd edir ki, ABŞ-Ermənistan əlaqələrinin inkişafı əsasən İrəvanın Vaşinqtonla necə işləməsindən asılı olacaq.
Sərkisyan əlavə edir ki, Tramp və Kamala Harrisin seçilməsi Amerika ermənilərinin dəstəyində böyük bir fərq yaratmayıb; onlar həm respublikaçıları, həm də demokratları eyni dərəcədə dəstəkləməyə davam edir.