ABŞ Prezidenti Donald Tramp artıq 20 dəqiqədir Air Force One təyyarəsini tərk etməyib və Rusiya Prezidenti Vladimir Putinin enişini gözləyir.
Musavat.com xəbər verir ki, jurnalistlər bu vaxt Boeing-in bağlı qapısını lentə alıblar. Baza rampasında keçmiş prezident Co Bayden üçün nəzərdə tutulmuş “addımına diqqət et” işarəsi də görünür; Bayden bu rampada əvvəllər bir neçə dəfə büdrəmə ilə yadda qalmışdı.
Hazırda təhlükəsizlik tədbirləri gücləndirilib və görüşün başlaması üçün son hazırlıqlar davam edir.
Musavat.com