Traktor "VAZ"la TOQQUŞDU - Ölən var

Noyabrın 15-də saat 11 radələrində Oğuz rayonunun Xaçmaz kəndi ərazisində kənd sakinləri Səxavət Atakişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə E.Usubovun idarə etdiyi “MTZ” markalı traktor toqquşub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə S.Atakişiyev hadisə yerində ölüb.

Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

16.11.2022 11:43
744