Tozlu hava nə vaxtadək davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.

26.05.2024 17:17
1901