Rusiyada tanınmış KVN-çi Nikita Sumarkov toyuna bir ay qalmış vəfat edib.
“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, avqustun 26-da 30 yaşlı artistin ürəyi dayanıb.
Sumarkovun dostunun sözlərinə görə, hazırda ekspertiza aparılır, meyit yarılacaq.
Qeyd edək ki, KVN-çinin sentyabrın 23-də toyu olacaqmış.