Xalq artisti Alim Qasımov yeni açıqlaması ilə diqqət çəkib.
"Maqazin plus" verilişinə danışan sənətçi retoranlardakı toy menyularının çoxluğundan şikayətlənib. Qasımov bidirib ki, belə olan halda yeməklər sağlamlığa zərər vurur:
"Toylarda çeşidli menyuya ehtiyac yoxdur. Bu daha da israfçılıqdır. Mənə elə gəlir ki, toya səmimi olduğun adamları çağırmaq lazımdır və stolların üzərini o qədər doldurmağa ehtiyac yoxdur.
O yeməklər daha da adamı xəstələndirir. Bu toylardan sonra bizdə apteklər, klinikalar artdı. Mən hərdən müalicəyə gedirəm. Görürəm hər yer doludur. Əvvəllər isə belə şey yox idi".
Ətraflı videoda:
BAKU.WS