“Toylarda geyinənlərə yox, soyunanlara çox pul verilir”

"Artıq toylarımızda gözəl geyinənlər yox, gözəl soyunanlara çox pul verilir".

Musavat.com bildirir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşımında yazıb.

Toylarda açıq-saçıq geyinənləri müdafiə edən məşhur bunları yazıb:

"Toy sahibləri öz istəyi ilə dəvət etdiyi ulduzunun geyimindən xəbərdardır və soyunmayanı ailəsinin şənliyinə buraxmır. Odur ki, soyunanlara pis baxmayın. "Gözəl soyunmaq" toy üçün nəzərdə tutulmuş uniformadır. Yaraşan da soyunur, yaraşmayan da... Uniformada axı neyləsin yazıqlar?"

07.11.2024 12:48
847