“Toylar kralı”nın münsifləri onlar oldular - FOTO

Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli olub.

Bununla bağlı layihənin aparıcısı Tarix Əliyev paylaşım edib.

MTV-də ekrana gəlməyə hazırlaşan proqramın seçim turunda olduqlarını bildirən Tolik jürini paylaşıb.

Belə ki, müsabiqənin münsifləri Əməkdar artistlər Gülüstan Əliyeva, Cavanşir Məmmədov, müğənnilər Manaf Ağayev və Sahib İbrahimovdur. (Publika.az)

07.04.2024 01:10
1428