Aktrisa-müğənni Merve Boluğurun ötən ay ailə qurduğu aranjimançı Mərd Aydınla ayrıldığı haqda çıxan xəbərlər öz təsdiqini tapıb.
Musavat.com-un Axşam.az-a istinadən xəbərinə görə, bu barədə aktrisa instaqram hesabında məlumat verib.
Merve hekayə bölməsində “Olmadı, təşəkkürlər… Bu həyatdır… Xoşbəxt günlərimiz üçün Mərdə də təşəkkür edirəm” sözlərini yazıb.
Qeyd edək ki, cütlük 40 gün əvvəl ailə qurub. Aktrisa daha əvvəl müğənni Murat Dalkılıçla ailəli olub.