"Uşağa bir manat uzadıb, pulu götürəndə, maşına qoyub qaçırdıb".
Bu sözləri aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən qaçırılan iki yaşlı qızın nənəsi deyib.
O bildirib ki, 57 yaşlı Telman Omarov uşağı günorta saatlarından izləyib:
"Axşam uşağa yemək gətirmək üçün aşağı düşdük. Bir göz qırpımında uşağı götürüb qaçıb. Yaxşı ki, çöldə dayanan bir nəfər onu görüb. Bizə dedi, bildik ki, Telmandır".
Daha ətraflı İctimai TV-nin süjetində: