Toyda öldürülən gənc qızın son görüntüləri ortaya çıxdı - VİDEO

İstanbulda şadlıq sarayında dəhşətli hadisə yaşanıb. 

Musavat.com xəbər verir ki, Ahmet Taşan adlı şəxs evlilik təklifini rədd edən gənc qızı güllələyərək öldürüb.

19 yaşlı Kader İrgörenin öldürülmə anının görüntüləri ortaya çıxıb.

Sözügedən hadisə gənc qızın qatıldığı toy mərasimində baş verib. Ahmet Taşan həmin nişan mərasimində gənc qıza yaxınlaşaraq söhbət etməyə çalışıb. Onunla danışmaq istəmədiyini bildirən gənc qızla Ahmet Taşan arasında mübahisə yaranıb. Mübahisə zamanı Ahmet Taşan qızı güllələyib. Hadisədən sonra Ahmet Taşan intihara cəhd edib. Hadisə yerinə polis və təcili yardım çağırılıb. 

Kader İrgören və Ahmet Taşan təcili yardımın göstərdiyi ilk yardımın ardından xəstəxanaya aparılıb. Kader İrgören bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Ahmet Taşanın müalicəsi isə davam edir. Həyatını itirən Kader İrgören ötən gün torpağa tapşırılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

17.01.2024 11:22
1782