Şəki rayonunda toy karvanında qəza baş verib, bir nəfər xəsarət alıb.
Hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.
Belə ki, toy karvanında hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü 29 yaşlı Vahab Salamov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)