Tovuzda qonşusu ilə mübahisə edən kişi öldü

Tovuzda mübahisə ölümlə nəticələnib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini 73 yaşlı R. Tağıyev infarktdan ölüb.

Mərhumun yaxınları bildirib ki, R. Tağıyev qonşusu ilə su arxına görə mübahisə edərək evə gəlib və daha sonra infarkt keçirərək ölüb.

11.09.2024 12:51
593