Tovuzda kişi kartof yığarkən ölüb

Tovuzda 57 yaşlı kişi ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şahbaz Haqverdiyev kənd ərazisindəki əkin sahəsində kartof yığan zaman ürəyi tutaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

12.08.2024 10:03
579