Tovuzda iki avtomobil toqquşub, bir nəfər ölüb

Tovuzda ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, Elton Hüseynovun idarə etdiyi "Hyundai HD-72" markalı avtomobillə Şakir Abbasovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Nəticədə Ş. Abbasov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

17.08.2024 10:37
197