Tovuzda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.
Musavat.com-un APA-ya istinadən məlumatına görə, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq, həyatını itirib.
xxx
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, VAZ-2107 və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.