Tovuzda balıq tutan şəxs cərəyanvurmadan ölüb

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şamlıq kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Ceyhun Huseynovu balıq tutarkən elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

22.09.2022 09:05
683