Tovuzda avtomobil qəzasında ata və oğlu xəsarət alıb

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində, 1991-ci il təvəllüdlü Murad Əsgərov və onun atası Akif Əsgərov xəsarət alıb.

Hər ikisi xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

23.03.2022 02:37
340