"TOST" maliyyə piramidasının Azərbaycan qolunun rəhbəri saxlanıb.
Musavat.com xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas paylaşım edib:
"Əldə etdiyim məlumata görə "TOST" maliyyə piramidasının Azərbaycan qolunun dəstə başı (ölkədəki əsas rəhbəri) DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatı ilə saxlanılıb. Hadisə şahidləri qeyd edirlər ki, şəxsin evinin qapısında qara "Ford" əməliyyat maşını görünüb və adamı aparıblar.
Yəqin ki, rəsmi xəbər də çıxar. Nə qədər ki, qara əməliyyat maşını sizin qapınızda dayanmayıb, əl çəkin bu kiberdələduzluq əməllərindən. Maliyyə piramidalarına qarşı ciddi əməliyyat başlayıb. Vətəndaşlardan pul yatıran zaman maksimum diqqətli və ayıq-sayıq olmaları xahiş olunur".
Nigar HƏSƏNLİ,
Musavat.com