1 aydan çoxdur ki, Milli Onkologiya Mərkəzinə yerləşdirilən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") səhhətini öyrənmək üçün onunla əlaqə saxladıq.
Aktrisa Musavat.com-a bildirdi ki, yalnız yazmaq imkanı var:
"Ağ ciyərlərimə və ayaqlarıma su yığılıb. Boğulmalarım keçsin, yaxşı olacam. Şükür bu günə. İmmunitetim aşağı olduğundan ziyarətə icazə verilmir".
Qeyd edək ki, Tünzalə Əliyeva 5 ildir xərçəngdən müalicə alır. Bir müddətdir onun beynində şiş aşkarlanıb.
Musavat.com