Xərçəng xəstəliyindən dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev "Toppuş bacı" ilə bağlı təsirli paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, Royal Babayev Tünzalə Əliyevanın 2016-cı ildə ona atdığı fotonu paylaşaraq ilk selfisini çəkdiyini qeyd edib.
Həmin paylaşımı təqdim edirik:
"16 noyabr 2016-cı çəkilişindən mənə bu rəsmi çəkib atdı ki, Royal, mən ilk selfimi çəkdim. Elə sevinirdi ki, gözəl, nur üzlü həyat yoldaşım! Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi, ən kiçik şeylərdən belə xoşbəxt olmağı bacarırdı!
İnsan öz-özü ilə nə qədər danışar, bezmişəm tək danışmaqdan! Əslində sən yaşadın, ölən mən oldum, gözəl üzlü gözəl yarım! Rəbbim şahiddir ki, sənə qovuşacağım günü necə gözləyirəm! Hələlik o günə qədər sənin məndə yadigar qalan parçanla davam edəcəm!".