""TikTok" ölkədə dayandırılıb. Kim VPN-lə "TikTok"a girib canlı yayım açsa, kimliyindən asılı olmayaraq həmin adamı yıxıb-sürüyəcəm".
Musavat.com xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.
Tarix Əliyev hazırkı şəraitdə "TikTok"a girib, qazanc əldə etmək istəyənləri sərt tənqid edib:
"Qeyrətli oğullar canından keçir, şəhid olur, siz isə camaatdan istifadə edib, "jeton" dilənirsiniz. Bir neçə gün "jeton" dilənməsəniz, heç nə olmaz".
Xalidə Gəray
Musavat.com