Prodüser və aparıcı Tarix Əliyev (Tolik) canlı yayımda kövrək anlar yaşayıb.
Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən atası haqda danışan Tolik göz yaşlarına hakim ola bilməyib.
O, canlı yayımda tənha olduğunu etiraf edib:
"Anamı çox incitmişəm. Amma atamı itirəndən sonra başa düşdüm ki, valideyn çox vacibdir. Mən xəstə olurdum, efirdən atam mənə baxıb zəng vururdu ki, niyə öskürürsən, niyə xəstələnmisən? Amma indi mən xəstə olanda yanıma gələn yoxdur, təkəm..."