"Buradan bəzi dostlarıma, tanışlarıma deyirəm: mənə dəqiqədə bir kiminsə haradasa keçiriləcək konsertinin reklamını atmayın. Bəzi blogerlər kimi bir qarın yeməyə restorana getmirəm, gedib orada artıqda qalan masalarda oturmuram".
Musavat.com xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.
Tolik blogerlər haqqında sərt fikirlər səsləndirib:
"Ölkədə blogerlərin 90 faizi artıq ailəvi bir qarın yeməyə səhifələrində post edirlər. Mənə nə bilet, nə də orada masa lazımdır".
Xalidə Gəray
Musavat.com