Tokayevin Azərbaycana səfəri başa çatdı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

24.11.2023 19:19
413