Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tanınmış sinoloq (Çin üzrə mütəxəssis), siyasi elmlər doktoru, professor Konstantin Sıroyejkini əfv edib.
Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə politoloq Andrey Çebotaryov məlumat yayıb.
“Qazaxıstan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının təklifi ilə dövlət başçısı Kasım-Jomart Tokayev müvafiq fərmanla məşhur sinoloq, siyasi elmlər doktoru, professor Konstantin Sıroyejkini əfv edib. Bununla bağlı onun məhkumluğu/ götürülüb və hüquqları bərpa edilib. Bir sözlə, Ədalət zəfər çaldı!” – politoloq öz Telegram kanalında yazıb.
Əvvəllər dövlətə xəyanətdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilən Konstantin Syroyejkinin şərti azadlığa buraxılması ilə bağlı qərardan sonra koloniyadan azad olunduğu bildirilirdi.
Syroyejkin 2019-cu ilin fevralında dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib. Həmin ilin oktyabrında Almatı məhkəməsi onu təqsirli bilib və o, 10 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin məhkəmənin qərarı ilə alim Qazaxıstan vətəndaşlığından məhrum edilib.
Syroyejkin 2006-cı ildən Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisidir. Onun kitabları arasında “Çində qazaxlar: sosial-iqtisadi və mədəni inkişaf haqqında esselər”, “Müasir Sincan və onun Qazax-Çin münasibətlərində yeri”, “Qazaxıstan-Çin: sərhədyanı əməkdaşlıqdan strateji tərəfdaşlığa”, “Qazaxıstan Çindən qormalıdırmı? Miflər və fobiyalar”.
Sıroyejkinin hansı dövlətə işləyərək Qazaxıstana xəyanət etməsi barədə məlumat verilmir.
Musavat.com