Tokayev: Qazaxıstan COP29 konfransında fəal iştirak edəcək

Qazaxıstan iqlim dəyişikliyi ilə bağlı öhdəliklərə məsuliyyətlə yanaşır və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işində fəal iştirak etməyi planlaşdırır.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin idarə edilməsi böyük əhəmiyyət kəsb edir:

“İqlim vəziyyəti daha da mürəkkəbləşir. Dünyanın müxtəlif yerlərində baş verən anormal istilər, meşə yanğınları, quraqlıq və daşqınlar bu tendensiyanı əyani şəkildə təsdiqləyir. Biz türk dünyası ilə iqlim məsələlərində əməkdaşlığı gücləndirməyə hazırıq. Bu il biz Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında fəal iştirak etməyi planlaşdırırıq. Qazaxıstan iqlim dəyişikliyi ilə bağlı öhdəliklərə məsuliyyətlə yanaşır”.

O, həmçinin əlavə edib ki, 2026-cı ildə Qazaxıstan BMT-nin himayəsi altında Regional İqlim Sammiti keçirəcək.//Report

06.07.2024 17:34
466