Qazaxıstan yaxın gələcəkdə BRİCS-ə daxil olmaq niyyətində deyil.
Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Berik Uali bildirib: “Çox güman ki, yaxın gələcəkdə Qazaxıstan üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini, habelə bu assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər məsələləri nəzərə alaraq BRİKS-ə qəbul üçün müraciət etməyəcək".
Onun sözlərinə görə, eyni zamanda, Qazaxıstan təşkilatın təkamülünü maraqla izləyir və onu yaradan dövlətlərin liderlərinin istənilən fövqəlgüclərin hegemonluğundan azad, ədalətli, demokratik dünya nizamı qurmaq üçün səy göstərmək çağırışlarını dəstəkləyir.
Uali qeyd edib ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev dəfələrlə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) lehinə çıxış edib.
Prezidentin sözlərinə görə, BMT nöqsanlardan azad deyil, lakin başqa belə təşkilat yoxdur və buna görə də onun dünya birliyinin dəstəyinə ehtiyacı var. Uali həmçinin qeyd edib ki, Qazaxıstan Prezidenti artıq dəfələrlə BMT Təhlükəsizlik Şurasının mühüm və taleyüklü qərarlar qəbul edə bilməməsindən təəssüfləndiyini bildirib: “Buna görə də o, “orta güclərin” maraqlarını nəzərə almaqla, BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında BMT Təhlükəsizlik Şurasında islahatlara başlamağı zəruri hesab edir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın qərına münasibət bildirərkən deyib ki, Moskva Astananın BRICS-ə üzvlüklə bağlı hazırkı mövqeyinə hörmətlə yanaşır: “Qazaxıstan bizim dostumuzdur, strateji tərəfdaşımızdır, müttəfiqimizdir, ona görə də təbii ki, Qazaxıstanın müəyyən təşkilatlarda iştirak formatına özü qərar verir”.
Peskov həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Kazanda keçiriləcək BRİKS sammitində iştirakını səbirsizliklə gözləyir.
Musavat.com