Toivo Klaardan SON DƏQİQƏ sülh AÇIQLAMASI

“Ümid edirəm ki, Azərbaycan və Ermənistanın siyasi iradəsi və davamlı səyləri sayəsində düşmənçilik və zorakılıq səhifəsi bağlanacaq, nəhayət, bütün region xalqlarının xeyrinə çevriləcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yerli mətbuata müsahibəsində bildirib.

“Bildiyim qədər, sülh müqaviləsi layihəsinin əksəriyyəti artıq razılaşdırılıb. Mənə elə gəlir ki, çatışmayan yeganə şey finişə çatmaq üçün lazım olan siyasi iradədir. Əminik ki, qalan məsələlər üzrə yekun razılaşma əldə olunub. Sülh müqaviləsi və onun sonrakı icrası regionda vəziyyəti kökündən dəyişəcək. Düşünürəm ki, liderlər də bu nöqteyi-nəzəri bölüşürlər və bu məsələ ilə bağlı yekun razılığın əldə olunması üçün lazım olan bütün səyləri göstərəcəklər”, - deyə Klaar qeyd edib.

Toivo Klaar bununla belə, prosesin çətin keçəcəyini bildirib.

“Bu yaxınlarda Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşməməsi bu prosesin nə qədər kövrək olduğunu göstərdi”, - deyə o qeyd edib.

Musavat.com

05.08.2024 14:55
934