Toivo Klaar yaxın günlərdə Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

T. Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir.

22.09.2023 15:47
410