Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır yerli avtomobil "Togg"la bağlı sevindirici xəbər açıqlayıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, nazir “Togg”un sedan modelinin 2024-cü ilin sonunda təqdim ediləcəyini bildirib.
Onun sözlərinə görə, avtomobillər 2025-ci ildə istehsal olunmağa başlayacaq:
"Togg" 2024-cü ilin sonunda sedan modelini ictimaiyyətə təqdim edəcək. 2025-ci ildən etibarən "Togg" avtomobilləri Avropaya ixrac ediləcək”.
Kacır qeyd edib ki, hazırda ölkə üzrə 15 mindən çox "Togg" avtomobili yollardadır və gələn il istehsal təxminən 3 dəfə artacaq.
Musavat.com