Tofiq Yaqublu SAXLANILDI

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Hələ ki, onun nədə şübhəli bilindiyi açıqlanmayıb. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı Qafqazinfo-ya təsdiq edib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.

14.12.2023 18:33
2230