“Titanik”in qalıqlarına baxmaq üçün 10 milyon dollar ÖDƏYƏCƏK

Bir neçə həftə ərzində tanınmış milyarder “Titanik” gəmisinin qalıqlarına baxmaq üçün dalış edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “New York Post” nəşri yazıb.

Məlumata görə, bu eniş ona 10 milyon dollara başa gələcək.

Qeyd edilir ki, adı açıqlanmayan milyarder 2023-cü ildə “Titan” batiskafının faciəsi zamanı 5 nəfərin həyatını itirməsindən sonra qalıqlara enən ilk şəxs olacaq.

Musavat.com

20.08.2025 07:40
409