Tiqran Abramyan: “Ekoloji tələbləri yetmir, hələ 8 kəndi də istəyirlər”

“Azərbaycanın “ekoloji tələbləri” genişlənib”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Şərəf duyuram” blokunun deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Fransa prezidentinin Azərbaycan prezidenti ilə telefon danışığı baş tutub. Söhbətin əsas mövzusu gözlənildiyi kimi Cənubi Qafqazda, xüsusən də Qarabağda yaranan vəziyyətlə bağlı olub.

Telefon danışığı ilə bağlı xəbərdə, 8 kəndlə (Abramyan həyasızlıqla bunların erməni kəndləri olduğunu yazır-red.) ilə bağlı Azərbaycan prezidentinin tələb irəli sürdüyü qeyd olunur.

Deyəsən “ekoloji tələblər” getdikcə genişlənir - əvvəl dəhlizi istəyirdilər, indi isə buraya 8 kəndi də əlavə ediblər”,-deyə Abramyan bildirib.

Musavat.com

24.12.2022 14:10
1985