"TikTok"da tanış olduğu qadını işə düzəltmək adı ilə aldatdı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Musavat.com pravda.az-a istinadən bildirir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttiham aktına görə, Zamiq Dadaşov 2023-cü ilin sentyabr ayında "TikTok" sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş G.Şirinovaya Bakı Şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri - operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib.

O, bu məqsədlə 2023-cü illərdə müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində qadının ümumilikdə 8250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

21.08.2024 17:37
1263