"İnsanlar mənə deyir ki, sizin yeni rollarınızı görmək istəyirik. Deyirəm, gəlin teatra, orada obrazlarım var. Rejissorlar mənə rol verməlidirlər".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "10-da görüşək" proqramında deyib. Aktrisa rejissorların onu filmə çəkməməsindən şikayətlənib:
"Sponsor qapısına getməyi sevmirəm, etməmişəm də. Heç Mədəniyyət Nazirliyinin qapısı haradan açılır bilmirəm. Bu yaxınlarda yolum ora düşmüşdü, fırlanıb qapını güclə tapdım. Məndə çəkingənlik var. Sponsor lazımdır filmə çəkilməyə. TikTok-da məni sevənlər çoxdur, yazırlar yeni filmlərə çəkil. Düşünürəm ki, TikTok-da insanlara müraciət edim, hesab açıb pul yığım. Deyim ki, ikibölümlü film çəkmək istəyirəm. Yaxşı ssenarilərim var. Hesaba pul yığılsın, mən də fil çəkim".