Müğənnilər Türkan Vəlizadə və Vəfa Şərifova arasında qalmaqal yaşanıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb Türkanın "TikTok" video platformasında canlı yayım açaraq əvvəlcə həmkarı Vəfanın fanatlarının, sonra isə onun özünün ünvanına xoşagəlməz sözlər deməsi olub.
T.Vəlizadə bunları söyləyib:
"O bəzi fanatlar, ağzınızı cıraram. Özü də elə cıraram ki, tikməyə iynə, sapınız olmaz. Açıq-aşkardırsa, sizin ağzınızı cıraram. Sizin başınızın üstündə dayanan böyüyünüz var, onun da ağzını cıraram. Bu mahnının "peçatını" vurdum. Bu "peçat" necə vuruldusa, vurulandan sonra o birilərinə (Vəfanı nəzərdə tutur - red.) dəydi. Aləm dəydi bir-birinə. O "peçatı" qoydular alınlarına".
Türkanın bu görüntüləri sosial şəbəkəyə yayıldıqdan sonra Vəfa "Instagram" səhifəsində məsələ ilə bağlı videoaçıqlama yayıb:
"Bir ildən çoxdur ki, bu insanlar "story"lər çəkərək, "TikTok"da canlı yayımlar açaraq dayanmadan mənə söz atırlar. Elə bir mövzu yoxdur ki, onlar buna toxunmasınlar. Mən kəndçi qızıyam bunlar isə şəhərli qızlardır. Bunlar müasir, dəbli, mən isə müasir və dəbli deyiləm.
Danışığıma, oxumağıma, mahnılarıma, geyimimə söz qoşub mövzu edirlər. Elə bir mövzu yoxdur ki, bunlar toxunmasınlar. Bəsdirin! Niyə özünüzü gülünc vəziyyətinə qoyursunuz? Mən susduqca, siz biraz da üstümə gəlirsiniz. Bu gündən sonra mənə hansınız söz atsanız, ağzınızı açsanız, səhifəmin "Story" bölümündə paylaşacağam ki, qoy, insanlar görsünlər ki, kimdir davakar.
Nə vaxt payınızı verirəmsə, davakar və pis adam mən oluram. Sizin bu şeylərinizə də susmalıyam? Mahnının "peçatını" vurmusan. Çox gözəl, təbrik edirəm. Amma hələ də "TikTok"da canlı yayım açıb, o kasıb insanın 3-5 hədiyyəsinə möhtacsan. Bilirsən niyə? Çünki o qazancın haram yolladır.
Çünki sən mənim haqqıma girmisən. O haqla da qazandığın pulun bərəkəti heç bir zaman olmayacaq. Görüb, görəcəyin də elə o mahnı olacaq. Bundan sonra isə heç bir mahnın tutmayıb, tutmayacaq da. Çünki hamilə bir qadının ahını Allah heç bir zaman yerdə qoymaz. Heç kimdə qoymaz, nəinki səndə".