ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Tramp Floridadan Vaşinqtona qayıdarkən jurnalistlər ondan Çin lideri ilə görüş planlaşdırıb-planlaşdırmadığını soruşublar.
Donald Tramp bu suala belə cavab verib:
"Bəli, müəyyən bir vaxtda mən onunla görüşərdim. Mənim Si Cinpinlə çox yaxşı münasibətlərim var".
Trampdan həmçinin "TikTok"un satışı ilə bağlı razılaşmanın tezliklə baş verib-verməyəcəyi soruşulub.
"Mümkündür. Biz 4 fərqli qrupla danışıqlar aparırıq və bir çox insan "TikTok"u almaq istəyir, lakin qərar vermək mənim öhdəmə düşür", - deyə o qeyd edib.
Xatırladaq ki, fevral ayında Donald Tramp Çinlə yeni ticarət sazişi bağlamaq imkanına əmin olduğunu bildirib və Si Cinpinin ABŞ-a səfər edə biləcəyini deyib.
Musavat.com