Gürcüstan müxalifətinin Tiflis Dövlət Universitetinin binası yaxınlığında keçirdiyi etiraz aksiyaları davam edir.
Musavat.com xəbər verir ki, etirazçılar, səhər saatlarında polis tərəfindən sökülən çadır şəhərciyinin yerinə qayıdaraq yenidən çadırlar qurublar. Bu aksiyalar, oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz olaraq təşkil edilir. Müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab edərək tanımaqdan imtina ediblər və noyabrın 4-dən etibarən etiraz aksiyaları keçirirlər.
Tiflis Dövlət Universitetində tələbələr artıq beş gündür ki, rektorun kabinetini ələ keçiriblər və tələbləri yerinə yetirilənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.
Musavat.com