Türk Hava Yolları Türkiyədə istehsal sahələri yaratmaq üçün "Rolls Royce" və "Airbus" ilə əməkdaşlıq etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, aprelin 28-də İstanbulda türk şirkətləri "Airbus" və "Rolls-Royce" üçün komponentlərin istehsalına başlayacaq mərasimin keçirilməsi planlaşdırılır.
Türkiyə iqtisadiyyatına 20 milyard dollar töhfə verəcəyi gözlənilən bu ortaqlığa 30-dan çox şirkət dəvət olunub.
“TAI, "TAI və HAVELSAN" kimi dövlət şirkətləri "Airbus" və "Rolls Royce" üçün təyyarə hissələrinin istehsalında iştirak edəcək”, – deyə Türk Hava Yollarının İdarə Heyətinin sədri Ahmet Bolat bildirib.
Musavat.com