Türk Hava Yolları təxminən 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edir.
Musavat.com xəbər verir ki, bu barədə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə məlumat verib. O qeyd edib ki, ölkəyə uçuşlar gələn həftə bərpa ediləcək, həftədə üç uçuş planlaşdırılıb.
Qeyd edək ki, THY Liviyaya uçuşları 2014-cü ilin sonunda Liviyada gedən vətəndaş müharibəsi səbəbindən təhlükəsizlik məqsədilə dayandırmışdı.
Musavat.com