The Telegraph: Putin Trampın inauqurasiyasına qədər Kursk vilayətini...

Musavat.com xəbər verir ki, The Telegraph qəzetinin iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ-da yanvarın 20-də baş tutacaq Donald Trampın inauqurasiyasına qədər Kursk vilayətini tam nəzarətə qaytarmaq üçün təlimat verib.

Mənbələrə görə, Putin Ukrayna ilə sərhəddə mövqelərini gücləndirmək və regionda nəzarəti təmin etmək üçün addımlar atmağa qərar verib.

Analitiklərin fikrincə, Putinin bu addımı ABŞ-da hakimiyyət dəyişikliyi fonunda yaranmış yeni geosiyasi vəziyyəti Rusiyanın xeyrinə çevirmək cəhdidir. Trampın inauqurasiyasına qədər Kursk vilayətində nəzarəti bərpa etməklə, Rusiya regionda öz təsirini artırmağı və Ukrayna ilə gərginlikdə üstünlük qazanmağı hədəfləyir.

 

Musavat.com

12.11.2024 01:02
651