The Economist: Avropa Ukraynaya dəstəyi ikiqat artırmalıdır, yoxsa ABŞ-ın yerini doldura bilməyəcək  

 Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi ABŞ-ın azaltdığı yardımı kompensasiya etmək üçün təxminən iki dəfə artırmalıdır.

Musavat.com xəbər verir ki, bunu "The Economist" yazıb.

Jurnalın hesablamalarına əsasən, bu məqsədə çatmaq üçün Avropanın xərcləri ÜDM-in 0,4%-nə qədər yüksəldilməlidir.

Bəzi Avropa ölkələri artıq bu göstəricini aşır. Məsələn, Danimarka Ukraynaya yardım üçün ÜDM-in 0,4%-indən iki dəfə çox vəsait ayırır.

Bu çağırış Avropa Birliyinin gələcək strategiyası və Ukraynaya dəstək mövzusunda ciddi müzakirələrə səbəb olub.

28.02.2025 17:43
342