"The Daily Telegraph": ABŞ-Ukrayna sazişi Avropa İttifaqını itkilərə məruz qoyacaq

Britaniyanın "The Daily Telegraph" nəşri yazır ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı planlaşdırılan saziş Avropa İttifaqının maraqlarına zərbə vura bilər.

Musavat.com xəbər verir ki,  2021-ci ildə Ukrayna və Aİ arasında yeraltı sərvətlərin işlənməsi sahəsində tərəfdaşlıq memorandumu imzalanıb. Lakin ABŞ-Ukrayna razılaşmasından sonra bu sahədə prioritet hüquqların böyük ehtimalla ABŞ-a keçəcəyi bildirilir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət Avropa İttifaqının regionda enerji və xammal sahəsindəki strateji maraqlarına ciddi təsir göstərə bilər.

Musavat.com

27.02.2025 18:23
482